Ariran

"Arirang" (아리랑; Şablon:IPA-ko) Koreyanın xalq mahnısıdır.[1] Mahnının 60 fərqli versiyasında təxminən 3,600-a yaxın variasiyası var və bunların hər birində "Arirang, arirang, arariyo (아리랑, 아리랑, 아라리요)"[2] nəqərati mövcuddur.[3]

"Arirang" iki dəfə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi siyahısına daxil edilmişdir. Cənubi Koreya mahnını 2012-ci ildə UNESCO siyahısına daxil etmək üçün təqdim etmişdir.[2][3]Şimali Koreya isə mahnını 2014-cü ildə təqdim etmişdir.[1][4] 2015-ci ildə Cənubi Koreyanın Mədəni İrs İdarəsi mahnını qeyri-maddi mədəni sərvətlət siyahısına daxil etdi.[5]

Mahnı bu gün həm Şimali, həm də Cənubi Koreyada Koreya müharibəsindən sonra bölünmüş bir ölkədə birlik rəmzi olaraq səslənir.

  1. 1 2 "N. Korea's Arirang wins UNESCO intangible heritage status". Yonhap News Agency (ingilis). 2014-11-27. 2017-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-05.
  2. 1 2 "Arirang, lyrical folk song in the Republic of Korea". Intangible Cultural Heritage. UNESCO. 2007-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-05.
  3. 1 2 Chung, Ah-young. "'Arirang' makes it to UNESCO heritage". The Korea Times. 2012-12-12. 2015-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-05.
  4. "Arirang folk song in the Democratic People's Republic of Korea". Intangible Cultural Heritage. UNESCO. 2015-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-05.
  5. "'Arirang' Listed as National Intangible Asset". The Chosun Ilbo (ingilis). 2015-07-15. 2021-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-05.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search